Əliyev Soçidə Putin və Paşinyanı eyni anda NECƏ SUSDURA BİLDİ? – TƏFƏRRÜAT

image-pasik_putiiibackend

Paşinyan bu dəfə səhvə yol verdi. Görünür onu kimsə aldadıbmış ki, Putinin hüzuruna getməmişdən qabaq onun xoşuna gələn sözlərdən, təkliflərdən et, sonra ora get ki, Kreml rəhbəri Ermənistanın ürəyincə olan qərarların alınmasında köməyini əsirgəməsin. 

Əslində elə deyildiyi kimi də var idi. Amma bütün ssneraini Azərbaycan Prezidenti çıxışının ilk dəqiqəsindəcə pozdu. Soçi görüşü gözlənildiyi kimi gərgin və formal əhəmiyyət daşıdı. Baxmayaraq ki, Paşinyanın nə deyəcəyi, Putinin ona nə reaksiya verəcəyi öncədən məlum idi.

Soçidə prezident sarayına ilk olaraq Paşinyanı gətirən maşın karvanı yaxınlaşdı. Putin iqamətgahda öncə Ermənistan baş naziri ilə görüş keçirdi. Baxmayaraq ki, görüşün müddəti təxminən 1 saat çəkdi, amma bu görüş zamanı bir yox, bir neçə məsələ diqqətləri özünə çəkə bildi.

Paşinyan görüşdə masası üzərinə qoyulan kağız parçasındakı mətni oxuması ilə diqqət mərkəzinə düşdü. Xüsusilə onun oradakı tezislə öncədən tanış olmaması həyəcan və bədən dilindən aydın sezilirdi.

O “şparqalka”nın kimə aid olduğunu isə Paşinyanın səsləndirdiyi fikirlərdən anlamaq elə də çətin olmadı – Putin! Rusiya dövlət başçısı Paşinyanı Soçiyə dəvət etdi, ardınca qabağına bir parça kağız qoyub, orada yazdıqlarını kamera önündə oxumağa məcbur qoydu. Paşinyanın üzündən oxumasının əla olduğunu deyə bilməsək də, onun hər yeni cümlədə qarşılaşdığı fikirlərdən sonra özünü narahat hiss etdiyi aydın çox aydın göründü.

Burada bir məqam da xüsusi diqqət çəkdi. İkitərəfli görüş zamanı Putinin də qarşısında təxminən eyni həcmdə kağız parçası var idi. Paşinyan ilk dəfə tanış olduğu kağız parçasında qeyd olunan mətni oxuyarkən Kreml rəhbərinin bir gözü də öz qarşısında masaya qoyulmuş kağız yönəlmişdi. Paşinyan “çıxışını edərkən” çox qısa ara ilə Putinin gözlərini önündəki kağız parçasına zilləməsi, hər iki dövlət başçısının qarşısındakı kağız parçasında eyni mətnin yazıldığını deməyə əsaslı şübhələr yaratdı.

Rusiya prezidenti Paşinyan çıxış edərkən həmin kağız parçasına tez-tez baxmaqla Ermənistan baş nazirinin orada qeyd edilənləri olduğu kimi oxuyub-oxumadığına nəzarət etmək, onun konteksdən kənara çıxmadığına əmin olmaq üçün nəzarət məqsədi daşıyırdı. Bununla da sanki Putin əmin olmağa çalışırdı ki, Paşinyan onu növbəti dəfə aldatmır.

Bu iddialar bir daha Paşinyanın oxuduğu həmin mətnin məhz Putinin dilindən qeyd olunduğu fikirlərini ön plana çıxarır. Səsləndirilən bəyanatlar da Paşinyanın mətninin öz fikirləri olmadığını düşünməyə vadar edir.

Əliyevlə Putinin ikitərəfli görüşü isə tamamilə fərqli məcrada cərəyan edib. Bunun da ən əsas səbəbi Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyətli mövqe olub. Belə ki, dövlət başçısı çıxışına “Qarabağ münaqişəsi artıq tarixdir, o, 2 il əvvəl həll olunub!” fikirləri ilə başlamaqla öncədən Putinə və Ermənistana mesaj verdi ki, başqa söhbət ola da bilməz. Əslində, Azərbaycan prezidenti bu çıxışı ilə həm Putini, həm Paşinyanı fakt qarşısında qoydu.

Baxmayaraq ki, Putin Paşinyanla görüşdə “Qarabağ münaqişəsi ilə bağlı problemləri bitirmək lazımdır” deyərək prosesləri fərqli məcraya çəkməyə cəhd göstəri, amma İlham Əliyev Kreml rəhbəri ilə ikitərəfli görüşdə “Qarabağ münaqişəsi 2 il əvvəl həll olunub” deməklə Bakının mövqeyindən bir addım da olsun geri çəkilməyəcəyi mesajını verdi. Elə bu səbəbdən də Paşinyanla Putinin görüşündən fərqli olaraq Rusiya dövlət başçısının Əliyevlə danışqıları bundan iki dəfə daha çox zaman aldı.

İlham Əliyevin Vladimir Putinlə ikitərəfli görüşündə çıxış edərkən səsləndirdiyi “Bakı İrəvanla münasibətlərin normallaşması üçün 5 əsas prinsip irəli sürüb, bunun əsasında normallaşmaya nail olmaq olar” fikirlər deməyə əsas verir ki, Putinin öncədən anonsu verilən, Rusiya tərəfindən irəli sürülən Ermənistan ilə razılaşdırılmış 15 maddəlik planı da Azərbaycan dövlət başçısının bu çıxışı ilə iflasa uğradı. O plan ki, Rusiyanın Qarabağla bağlı bu təklifləri “problemin” qəti həllini ehtiva etmirdi. Bu isə bölgədə separatçı rejimin ərazi iddialarını davam etdirməsi üçün hesablanmış addım biri kimi nəzərdə tutulurdu.

Beləliklə, Əliyev üçtərəfli görüşdən öncə Qarabağ məsələsinin masada müzakirəsinə belə icazə verməyəcəyini elan etdi. Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı danışıqların Rusiyanın hansısa “15 bəndlik təklifi” yox, Bakının formalaşdırdığı, İrəvanın və Moskvanın da qəbul etdiyi 5 maddəlik sülh prinsipi çərçivəsində mümkün olacağının mesajını verdi.

Soçi bəyanatında Qarabağla bağlı heç bir qeyd yoxdur

Soçidə üçtərəfli görüşün yekununda birgə bəyanatın qəbul olunması zamanı məlum oldu ki, Əliyev Qarabağla bağlı hər hansı bir qeydin bu mətndə yer almamasına nail oldu. O, qəti mövqe nümayiş etdirərək, Soçi görüşünün regiondakı vəziyyəti Ermənistan və Rusiyanın leyhinə dəyişməsini bloklamağı bacardı.

Baxmayaraq ki, Paşinyan bu məsələnin gündəmə gətirməyə çalışacağını öncədən bəyan etmişdi, lakin üçtərəfli görüşdən öncə Əliyevin də bəyanat etdiyi kimi, münaqişə iki il öncə başa çatıb. Bu isə o deməkdir ki, Əliyev Putinə də məcbur da olsa qəbul etdirib ki, Qarabağ və orada yaşayan ermənilər Azərbaycanın daxili məsələsidir! Bu, üçtərəfli görüşdə yekun bəyanatla bir daha təsdiq olundu.

Bakı tərəfindən rədd edilən məsələlər:

Üçtərəfli görüşdən öncə Prezident İlham Əliyevin Putinlə təkbətək görüşü zaman çıxışına “Qarabağ Azərbaycanın daxili işidir” tezisi ilə başlaması qarşı tərəflərə Azərbaycanın qəti mövqeyini açıqlamaq baxımından əhəmiyyətli oldu ki, biz yekun bəyanatda da bunun xeyirini gördük. Yekun bəyanatın mətnində  “Qarabağ” və ya “Dağlıq Qarabağ münaqişəsi” termininin işlədilməməsi, ümumiyyətlə, Qarabağ mövzusuna toxunulmaması, Qarabağla bağlı bir sözün belə qeyd olunmaması Bakının danışıqlar masasında qadağa qoyduğu əsas mövzulardan idi.

Beləcə, Soçi görüşündən bir gün qabaq Xankəndində “mitinq şousu” da nəticəyə təsir etmədi və Bakı bu məsələdə yenə istədiyinə nail oldu.

Paşinyan bu vəziyyətlə barışmaq istəməsə də çıxış yolu da tapa bilməyib. Yekun Bəyanata  Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasını istəyən Nikol Paşinyan, bundan başqa, sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də bəyanatda əksini tapmasına çalışıb. Lakin Bakının sərt reaksiyası ilə qarşılaşan Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına cəhd göstərsə də, bunun qarşısını ala bilməyib.

Putin ETİRAF ETDİ

Rusiya dövlət başçısı üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında açıq şəkildə etiraf etdi ki, bu gün biz birgə bəyanatı razılaşdırsaq da, açıq deməliyəm ki, hər şeyi razılaşdıra bilmədik. Bu Azərbaycanın xeyrinədir, çünki Kremlin “razılaşdırmaq” istədiyi məsələlərin heç biri xeyrimizə deyildi.

Buradan o nəticə çıxır ki, Vladimir Putin də görüşün bu sonluqla yekunlaşacağını ağlından keçirməmişdi. Görünür, Putin görüşqabağı Soçinin havası barədə əvvəlcədən sinoptiklərdən düzgün proqnoz ala bilmədiyi kimi (Putin Paşinyanla ikitərəfli görüşü açıq elan edərkən zarafatyana Soçidə müşahidə edilən yağışlı havaya görə üzr istəyib. “Bu gün Soçidə görüşürük. Görüş yerini də siz və Azərbaycan Prezidenti İlham Əliyev seçmisiniz. Payız havasına görə üzr istəyirəm, lakin heç nə edə bilmərik, payız payızdır”, – deyə Putin qeyd edib), Rusiya Qafqazdakı siyasi ab-havadan da bixəbər imiş. Bu səbəbdən də Soçidə üçtərəfli görüşün kimin xeyirinə bitəcəyini də öncədən proqnozlaşdırmaqda “2” aldı.

Putinin “Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq” açıqlaması onu deməyə əsas verir ki, yekun bəyanatın mətnində Qarabağın  “statusu”, eləcə bu ilin may ayında Xocalıda, sentyabr ayında isə Ermənistanla sərhəddə nəzarətə götürdüyümüz ərazilərdən geri çəkilməyimizlə bağlı Ermənistan tərəfinin tələblərinin əks olunmalı imiş. Lakin Bakı danışıqlarda təkidlə buna qarşı çıxmaqla proseslərin məcradan çıxmasına mane olub.

Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib, prosesdəki mövqeyini qoruyub saxlaya bilir. Bu, postkonflikt dövründə yeni mərhələyə qədəm qoyan Azərbaycan diplomatiyasının gücündən xəbər verir.

Bu güc isə bizi hər gün daha çox ərazi bütövlüyümüz çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşdırır. Sülhdən isə bütün region faydalanmış olacaq.

Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının Soçidəki üçtərəfli görüşünün nəticəsi:

✔️ Bəyanatda Qarabağ problemi əsas xətt olaraq göstərilmir. Hətta bəyanatda Qarabağ adına rast gəlinmədi.

✔️ Qarabağdakı ermənilərin hüquqları ilə bağlı müddəa yoxdur.

✔️ Münaqişə tərəfi kimi Ermənistan və Azərbaycan göstərilir.

Diqqəti çəkən əsas məqam həm də ondan ibarətdir ki, razılaşmanın baza prinsipləri 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına dayanır. Həm də gələcəkdə bağlanılacaq sülh müqaviləsinin kontr-xəritəsi cızılır. Burada da əsas məqam kimi xalqların bir-birinə etimadı göstərilir.

Paşinyan və Arutunyanın son çıxışlarından o da anaşılırdı ki, Rusiyanın təklifləri arasında sülhməramlı kontingentin Qarabağda qalma müddətinin qeyri-müəyyən zamana kimi uzadılması da nəzərdə tutulurdu. Lakin biz burada sülhməramlıların mandatının uzadılması ilə bağlı da bir kəlmə də olsun qeydə rast gəlmirik.

Bəyanatda diqqət çəkən ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı məsələsi (BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə istinadən) Praqa bəyanatında var idi və onun birə-bir təkrarıdır.

Şübhəsiz ki, Rusiyanın bu mərhələdə əsas məqsədi prosesə nəzarətini saxlamaq və Qərbin vasitəçiliyi ilə sülh müqaviləsi imzalanmasına imkan verməməkdən ibarətdir. Soçi görüşü də tamamilə həmin məqsədə xidmət edirdi.

Paşinyanın yeni üçtərəfli bəyanatdakı bu mesajları nə dərəcədə ciddiyə alacağını önümüzdəki həftələrdə daha aydın görəcəyik. Qərbin mövqeyi də şübhəsiz ki, bu məsələyə əhəmiyyətli olacaq.

Sülhə mane olmaq çabasından bir an olsun imtina etməyən digər iki tərəf, əslində, kompromis üçün az yer qoydular. Paşinyan Soçidə sərgilədiyi destruktiv mövqe ilə bir daha təsdiqlədi ki, ermənilər azərbaycanlılara övladlarını sevdiklərindən daha çox nifrət edirlər.

Təhməz Əsədov

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90