Emin Ağalarovdan “Jara” ilə bağlı vacib – AÇIQLAMA

Emin Ağalarovdan “Jara” ilə bağlı vacib – AÇIQLAMAbackend

Xalq artisti Emin Ağalarov “Jara” festivalı ilə bağlı açıqlama verib.

Busaat.az  xəbər verir ki, sənətçi bu il Bakıda “Jara”nın keçirilməyəcəyini bildirib:

“Dünyada yaranmış vəziyyətlə əlaqədar biz məcburuq elan edək ki, bu il Bakıda Jara festivalı baş tutmayacaq. Lakin “Sea Breeze Resort”un bakılıların və şəhərin qonaqlarının sevimli yeri olduğunu nəzərə alaraq onları məyus etməmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, ötən gün yerli mətbuatda festivalın 25-29 iyul tarixlərində keçiriləcəyi və “Jara” beynəlxalq musiqi festivalının adı “Sea Breeze Summer Fest”ə dəyişdirilməsi ilə bağlı xəbərlər yayılıb.

BAKU.WS

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90