Ərdoğan-Bayden görüşünü ABŞ tərəfi təklif edib

image-baydenerdogan41521backend

“Ərdoğan-Bayden görüşünün təklifi ABŞ tərəfindən gəlib”.

Busaat.az  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə verdiyi müsahibəsində deyib.

“İndi elə görünür ki, görüş Qlazqo şəhərində olacaq. Görüşün tarixi və saatı bəlli olduqda açıqlanacaq”, – deyə M.Çavuşoğlu qeyd edib.

Onun sözlərinə görə, o, ABŞ-ın Dövlət katibi Entoni Blinken ilə davamlı olaraq görüşür. Çavuşoğlu Blinkenlə böyük ehtimalla Qlazqoda “G-20”də də görüşəcəklərini əlavə edib.

Qeyd edək ki, daha əvvəl Ərdoğanla Bayden arasında görüşün oktyabrın 30-31-də Romada keçiriləcək “G-20” sammiti zamanı baş tutacağı açıqlanmışdı.

Şotlandiyanın Qlazqo şəhərində isə noyabrın 1-12-sində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransı (COP26) keçiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90