Ərdoğan “Taliban” lideri ilə görüşə bilər

image-turkiye-cumhurbaskani-recep-tayyip-erdogan-cumhurbaskanlibackend

Türkiyə ən qısa müddətdə ölkənin cənub-qərbindəki meşə yanğınlarının nəticələrini aradan qaldırmaq və təbiət hadisəsindən zərər çəkmiş bölgələri bərpa etməkdə qərarlıdır.

Busaat.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Turk” və “Kanal D” telekanallarına müsahibəsində bildirib.

“Yanmış meşələr küldən qalxacaq. Biz bu əraziyə yeni ağaclar əkəcəyik, burada yenidən meşələr olacaq”, – türkiyəli lider bəyan edib.

Onun sözlərinə görə, təbii fəlakətin əhatə etdiyi ərazilərdə tikinti işlərinə artıq bir aydan sonra başlanılacaq. Dövlət başçısı əlavə edib ki, onların bir il ərzində başa çatdırılması planlaşdırılır.

Prezident Ərdoğan, həmçinin qeyd edib ki, son beş il ərzində Türkiyə meşə aktivlərinin sahəsini artıran ölkələrin reytinqində 46-cı yerdən 27-ci yerə yüksəlib.

O, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində Türkiyənin həyata keçirdiyi tədbirlərə toxunaraq bildirib ki, hakimiyyət bütünlükdə ölkə əhalisini peyvənd etdirmək niyyətindədir. Dövlət başçısı bu məsələnin həlli üçün bütün lazımi resursların səfərbər olunduğunu bildirib.

Prezident Ərdoğan koronavirus əleyhinə yerli “TURKOVAC” vaksininin hazırlanması barədə də danışıb. “Bu günə qədər çox yaxşı nəticələr əldə edilib. İlin sonuna qədər yaxşı xəbər almağa ümid edirik”, – o deyib.

Dövlət başçısı “Taliban” hərəkatının dəstələrinin hücumu ilə əlaqədar Əfqanıstanda yaranmış vəziyyətə də toxunub. Onun sözlərinə görə, bu gün axşam (avqustun 11-də-red.) o, Qətərin rəhbərliyi ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib.

Onun sözlərinə görə, Türkiyə hökuməti “Taliban” hərəkatının nümayəndələri ilə danışıqlara başlamaq üçün çalışır. Dövlət başçısı hərəkatın liderini şəxsən qəbul edə biləcəyini istisna etməyib.

“Türkiyənin müvafiq institutları hazırda “Taliban”la danışıqlar aparmaq üzərində işləyirlər. Ola bilsin, hətta mən onların lideri olan adamı qəbul edə bilərəm”, – Ərdoğan deyib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90