Ermənilər təxribata davam edir: “Hayastan Fondunun bağışladığı 100 ton ərzaq Qarabağa çatdırıla bilmir” – KİV

image-1671078619_16709-1670908502backend

Hayastan Fondunun Qarabağa təcili humanitar yardım proqramı çərçivəsində bağışladığı 100 ton ərzaq Qoris şəhərindədir, bölgəyə çatdırıla bilmir.

Busaat.az xəbər verir ki, bu barədə təxribatları Ermənistan mediası yayıb.

Erməni mənbələri iddia edir ki, Azərbaycanın Qarabağı Ermənistanla birləşdirən yeganə yolu “blokadaya alması” səbəbindən respublika faktiki olaraq bu yükləri çatdırmaq imkanından məhrum olub.

“Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə danışıqlar aparılır. Onların məqsədi indiki böhranlı vəziyyətdə Qarabağ “Respublikası”na humanitar yüklərin çatdırılmasıdır. Əgər yüklər çatdırılsa, ərzaq məhsulları “Sosial İnkişaf Nazirliyi”ndə saxlanılacaq və Qarabağın miqrasiyası və “Nazirliyin” siyahıları üzrə əhalinin sosial müdafiəsiz qrupları arasında pulsuz paylanacaq”, – deyə qeyd edilib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90