Ermənistan Azərbaycanın müvəqqəti tədbirlər tələbi ilə bağlı arqumentlərini təqdim edib

image-sud_300921backend

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistan və Azərbaycan arasında prosessual dinləmələr başa çatıb.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Ermənistan Azərbaycanın müvəqqəti tədbirlər tələbi ilə bağlı öz arqumentlərini təqdim edib.

Bundan əvvəl Bakı Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistanı Azərbaycan ərazilərinin minalanmasını və Qarabağa minaların daşınması üçün Laçın yolundan istifadəni dayandırmağa məcbur etməyi tələb edib.

Azərbaycanın nümayəndəsi Elnur Məmmədov BMT məhkəməsinə verdiyi açıqlamada Ermənistana qarşı təcili tədbirlər görülməsini tələb edərək əllərində yeni dəlillər olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycanda Ermənistanın Azərbaycan ərazilərini minalamaqda davam etdiyinə dair yeni sübutlar var. 2021-ci ildə Azərbaycanda Ermənistan istehsalı olan 2700-dən çox mina aşkar edilib. Bu minaların əksəriyyəti mülki ərazilərdə aşkar edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90