Ermənistan hakimiyyəti hərbi personal üçün  psixoloji dəstək proqramı hazırlayacaqbackend

Qarabağ döyüşlərində ardıcıl uğursuzluqlar səbəbindən Ermənistan ordusunda yaranmış ruh düşkünlüyü və psixoloji sarsıntı ölkə rəhbərliyini də ciddi şəkildə narahat edib. Belə ki, rəhbərlik hərbçilər üçün qısamüddətli və uzunmüddətli sosial-psixoloji dəstəklə bağlı tədbirlər görüləcəyini açıqlayıb.

Busaat.az  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan hakimiyyəti hərbi personal üçün sosial və psixoloji dəstək proqramı hazırlayacaq. Bu barədə respublikanın əmək və sosial işlər naziri Zaruhi Batoyan parlamentdə deputatların suallarını cavablandırarkən bildirib.

Proqram idarələrarası komissiya tərəfindən tərtib ediləcək. Bu onu göstərir ki, erməni hərbi-siyasi rəhbərliyi ölkədə yürütdüyü destruktiv siyasətin fəsadlarının artıq fərqindədir və bu nəticələrin aradan qaldırılması üçün hələ uzun zamana ehtiyac olacaq.