Ermənistan və Rusiya müdafiə nazirləri əməkdaşlığı müzakirə edib

image-4backend

Ermənistanın Müdafiə naziri Suren Papikyan KTMT sessiyası çərçivəsində İrəvanda Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə qısa söhbət edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Armenpress yayıb.

“Noyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib və orada KTMT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katibləri, xarici işlər və müdafiə nazirləri iştirak ediblər” – deyə, Ermənistan Müdafiə naziri sosial şəbəkədə məlumat yayıb.

“Görüşdən dərhal sonra Rusiyanın Müdafiə naziri ilə qısa söhbətim oldu. Mən və Sergey Şoyqu ikitərəfli maraq doğuran və müdafiə sahəsində əməkdaşlıqla bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıq” – deyə, Papikyan əlavə edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90