Ermənistana yardım göstərilməsinə dair qərar imzalanmalıdır – KTMT Baş katibi

image-zasbackend

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi tədbirləri haqqında qərar layihəsi imzalanmalıdır.

Busaat.az xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası Şurasının Moskvada keçirilən birgə iclasında KTMT-nin Baş katibi Stanislav Zas bildirib.

“Dövlət başçılarının tapşırığına əsasən, KTMT-nin Baş katibi və Operativ Qərargah rəisinin rəhbərliyi ilə Ermənistana monitorinq missiyası göndərilib. Həmin işin nəticəsi əsasında Kollektivin qərar layihəsi hazırlanıb. Noyabrın 23-də Təhlükəsizlik Şurasının sessiyasında müzakirə edilən Ermənistan Respublikasına yardımın göstərilməsini nəzərdə tutan birgə tədbirlər hazırlanıb. KTMT dövlətlərinin müxtəlif mövqeləri səbəbindən bu qərarı qəbul etmək mümkün olmayıb. Ümid edirəm ki, bəzi düzəlişlərdən sonra biz bu qərarın imzalanmasına və müvafiq tədbirlərin görülməsinə nail olacağıq. Əminəm ki, bu, o cümlədən Ermənistan üçün lazımdır” – deyə, Zas vurğulayıb.

Zas Azərbaycan-Ermənistan sərhədində vəziyyətin ağır olaraq qaldığını vurğulayıb. Onun sözlərinə görə, KTMT-yə üzv dövlətlərin regiondakı vəziyyətlə bağlı müxtəlif qiymətləndirmələrinə baxmayaraq, bütün ölkələr hazırkı şəraitdə Ermənistanın risk və təhdidlərlə üzləşdiyi ilə razılaşır.

“Ona görə də Ermənistana altı bəndlik yardım tədbirləri kompleksi hazırlanıb və bütün dövlətlər tərəfindən bəyənilib. Bu, kifayət qədər ciddi tədbirlər paketidir” – deyə, Zas əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90