Ermənistanda ümumi səfərbərlik qismən səfərbərliklə əvəz olundu

Ermənistanda ümumi səfərbərlik qismən səfərbərliklə əvəz olundubackend

Ermənistanda ümumi səfərbərlik qismən səfərbərliklə əvəz olunub.

Busaat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul edilib.

Bildirilib ki, hökumət 25 dekabr 2020-ci il tarixinə qədər Silahlı Qüvvələrdə və digər müvafiq dövlət orqanlarında səfərbərliyin tam ləğv olunmasını, hərbi personalın qismən tərxis olunmasını və hərbi nəqliyyat vəzifələri olan qurumlardan cəlb olunan nəqliyyat vasitələrinin bu qurumlara tədricən qaytarılmasını planlaşdırır.

Xatırladaq ki, Qarabağda hərbi əməliyyatların başlaması ilə əlaqədar Ermənistanda 27 sentyabr tarixində ümumi səfərbərlik elan olunmuşdu.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90