Ermənistanın ABŞ-dakı yeni lobbiçisi: 97 yaşlı Bobbackend

Ermənistan hökuməti keçmiş senator, 97 yaşlı Bob Doleni lobbiçi kimi işə götürüb.

Busaat.az  xəbər verir ki, bu barədə erməni politoloq Ağasi Yenokyan deyib.

Onun sözlərinə görə, Ermənistanın Vaşinqtondakı səfirliyində Bob Dole ilə razılaşma imzalanıb.

“Razılaşmaya görə, Dole Ermənistanın ABŞ-la “strateji dialoq”a nail olmasına kömək edəcək və bunun üçün ona ayda 10 min dollar ödəniləcək. Əldə etdiyimiz məlumata görə, ABŞ-da Erməni Milli Komitəsi (ANCA) və Amerika Erməni Məclisi (AAA) bu razılaşmanı mətbuatdan öyrənib. Respublikaçı keçmiş senator Bob Dole erməni məsələsində həmişə aktiv olsa da, artıq onun yaşı 100-ə yaxınlaşır, əlilliyi və sağlamlıq problemi var”, – Yenokyan deyib.