Evindən çıxan koronavirus xəstəsi saxlanılıb

Evindən çıxan koronavirus xəstəsi saxlanılıbbackend

Qaxda COVİD-19 virusuna yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN-dən Busaat.az-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini M.Allahverdiyevə ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

M.Allahverdiyevin mağazaya getdiyi müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Onunla profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.

M.Allahverdiyev barəsində Qax RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90