F.Şəfiyev: Türk dövlətləri arasında əməkdaşlıq nümunəvi xarakter daşıyır

image-b592a0f8-f8c8-3ef1-a6aa-c86aa353f05d_850backend

Azərbaycan-Türkiyə müttəfiqliyi nümunədir. Beynəlxalq ictimaiyyətin üzvləri Türk dövlətləri, əsasən də Azərbaycan və Türkiyə arasında məsələlərin effektiv şəkildə icra olunmasını təqdir edirlər. Bu birliyi qorumalıyıq.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ankara Sosial Elmlər Universitetində “Azərbaycan-Türkiyə müttəfiqliyi və Avrasiyanın gələcəyi” mövzusundakı seminarda bildirib.

Naxçıvan sazişindən indiyədək Türk Dövlətləri Təşkilatının keçdiyi inkişaf mərhələlərinə nəzər salan BMTM sədri qeyd edib ki, artıq qurum müxtəlif institutlarının səmərəli fəaliyyət göstərdiyi nüfuzlu beynəlxalq təşkilata çevrilib.

Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə toxunan F.Şəfiyevin fikrincə, hazırda regionda de-fakto sülh var və bunun de-yure sülhə çevrilməsi istiqamətində fəaliyyətlər davam etdirilir:

“Lakin bu istiqamətdə bir sıra əngəllər mövcuddur. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Qeyd edim ki, həmçinin Türkiyəyə qarşı da ərazi iddiaları aktualdır. Biz Ermənistan konstitusiyasından bu müddəanın çıxarılmasını tələb edirik. 1998-ci il Belfast sazişi və Şimali Makedoniyanın timsalında oxşar beynəlxalq təcrübələr mövcuddur. Bunlara əsasən, Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər edilə bilər”.

Erməni diasporunun sülhə yaratdığı maneələrdən də bəhs edən F.Şəfiyev əlavə edib ki, bəzən ilk baxışdan diaspor və Ermənistan hökuməti arasında fikir ayrılıqlarının olduğu görünsə də, müəyyən hallarda onların koordinasiyalı fəaliyyətini də müşahidə etmək mümkündür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki