Facebook keçmiş məhkumların cəmiyyətə adaptasiyası üçün tətbiq hazırlayır

image-facebackend

Dünyanın ən böyük sosial şəbəkəsi Facebook keçmiş məhbusların cəmiyyətə uyğunlaşmalarına kömək edəcək yeni bir tətbiq hazırlayır.

Busaat.az  “Bloomberg”ə istinadən xəbər verir ki, “Re-Entry” adlanan yeni tətbiqin reklam çarxı ötən gün İnstaqram sosial şəbəkəsində yerləşdirilib.

“İcma dəstəyi ilə həbsxanadan sonrakı həyata hazırlıq” mövzusunda yardım xidməti tətbiqin reklam çarxında tətbiqə erkən giriş təklif olunub. Lakin qısa müddət sonra çarx səhifədən silinib.

“Tətbiqlərimizdə həssas qrupların qarşılaşdıqları problemləri aradan qaldırmaq üçün müxtəlif yollar axtarırıq. Bu, yalnız daxili test üçün idi və bir müddət xarici giriş üçün çalışdığını bilən kimi bildirişi sildik”,-deyə şirkətin nümayəndəsi agentliyə açıqlamasında bildirib.Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90