“Fənərbaxça” – “Qalatasaray” derbisinin vaxtı açıqlandı

“Fənərbaxça” – “Qalatasaray” derbisinin vaxtı açıqlandıbackend

Türkiyə Superliqasının 24-cü turunda “Fənərbaxça” və “Qalatasaray” arasında keçiriləcək oyunun vaxtı açıqlanıb.

Busaat.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İstanbul derbisi fevralın 6-da oynanılacaq.

“Şükrü Saracoğlu” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında bu mövsümün ilk dövrəsində “Türk Telekom Arena”da keçirilən oyunda hesab açılmayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90