“Formula 1” pilotunun avtomobili alovlandı

“Formula 1” pilotunun avtomobili alovlandıbackend

“Formula 1” üzrə Abu Dabi Qran-prisinin ikinci sərbəst yürüşləri zamanı “Alfa Romeo” pilotu Kimi Raykkonenin avtomobili yanıb.

Busaat.az xəbər verir ki, hadisə nəticəsində yürüş bir müddət dayandırılıb. Finlandiyalı sürücü bolidini dayandıraraq, çölə problemsiz çıxıb. Onun həyatı üçün təhlükə yoxdur. Müəyyən fasilədən sonra yürüş davam etdirilib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən mövsümün son Qran-prisində ikinci sərbəst yürüşün qalibi “Red Bull” pilotu Maks Ferstappen olub. “Mercedes”dən Valtteri Bottas ikinci, “Renault”dan Esteban Okon üçüncü yeri tutub. Son sərbəst yürüş və təsnifat mərhələsi dekabrın 12-də, yarış dekabrın 13-də olacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90