Fransa Suriyada zəlzələdən zərər çəkənlərə 12 milyon dollar təcili yardım vəd edib

image-kapak_210937backend

Kahramanmaraşdakı dağıdıcı zəlzələlərdən sonra Fransa Xarici İşlər Nazirliyi Suriyadakı zəlzələdən zərər çəkənlərə 12 milyon avro yardım etməyi öhdəsinə götürüb.

Busaat.az-ın məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Açıqlamada, yardımın Birləşmiş Millətlər Təşkilatı və zəlzələdən zərər çəkmiş bütün bölgələrdə birbaşa zərərçəkmiş əhali ilə işləyən qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçiriləcəyi bildirilib.

Yardımın 5 milyon avrosu Birləşmiş Millətlər Təşkilatına, 5 milyon avrosu isə sağlamlıq, sığınacaq, su, gigiyena və kanalizasiya sektorlarında fövqəladə hallara cavab verən Fransa və beynəlxalq qeyri-hökumət təşkilatlarına köçürüləcək.

Nazirlik bildirib ki, qalan 2 milyon avro da ərzaq yardımı üçün nəzərdə tutulub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90