“Fransanın anti-Azərbaycan mövqeyi dəyişmədikcə, Azərbaycan eyni şəkildə cavab verəcək” – EKSPERT RƏYİ

image-1668596248_az_france_flagbackend

Azərbaycan-Fransa münasibətləri son dövrlərin ən gərgin müstəvisinə qədəm qoyub. İki ölkə arasında bir çox sahələrdə əməkdaşlq davam etsə də, hər gün siyasi qarşıdurma halları artır.

Hətta Fransa tərəfi prezident səviyyəsində Azərbaycanın bu ölkəyə yeni təyin edilmiş səfiri Leyla Abdullayevanı qəbul etməyib. Bundan sonra Azərbaycan prezidenti İlham Əliyev də Fransanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul etməyib.

Azərbaycan-Fransa münasibətlərinin bu gərginliklər fonunda necə inkişaf edəcəyi böyük suallar doğurmaqdadır.
Busaat.az bu suallar ətrafında politoloq Yusif Bağırovun fikirlərini öyrənib:

image-yusiff

 

“Əlbəttə ki, Azərbaycan bütün dünya dövlətləri ilə münasibətlərində beynəlxalq hüququ əsas götürür. Fransa da buraya daxildir. Fransa və Azərbaycan münasibətləri əvvəllər normal şəkildə davam edib. Keçmiş prezidentlər səviyyəsində münasibətlər yaxşı istiqamətdə davam edib. Əgər belə olmasa idi, 1990-cı illərdə ATƏT-in Misnk Qrupunun həmsədrləri formalaşanda biz Fransanın həmsədr olmasına razılıq verməzdik. Üstəgəl məhz Fransa-Azərbaycan münasibətlərinin normal səviyyədə təşkilinin nəticəsi idi ki, Heydər Əliyev Fondu Fransanın milli-mədəni abidələrinin qorunmasına maddi yardım ayırmışdı. Bütün bunların qarşılığında Fransa dövlətinin son addımları heç bir çərçivəyə sığışmayan məntiqsiz addımlar nümunəsidir. Xüsusilə Senatın anti-Azərbaycan qərarları, ondan əvvəl isə, Paris bələdiyyəsinin qərarı və müxtəlif siyasətçilərin Azərbaycan əleyhinə bəyanatları Azərbaycan-Fransa münasibətlərinə mənfi təsir göstərir”.

Prezidentlərin yeni səfirləri qəbul etməməsi məsələsinə toxunan politoloq qeyd edib: “Təkrar edirəm, biz bütün dövlətlərlə hüquq müstəvisində münasibətlər qururuq. Ancaq diplomatiyada güzgü effekti var. Azərbaycanın Fransaya yeni təyin olunmuş səfirinin Fransa prezidenti tərəfindən qəbul edilməməsinə cavab olaraq, Azərbaycan prezidentinin də Fransanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul etməməsi bu siyasətin nəticəsidir. Bu gün Azərbaycan öz regionunun səsas iqtisai-siyasi-hərbi gücü oplaraq qəbul edilir və digər dövlətlər Azərbaycanla münasibətlərinə bu prizmadan yön verir. Nə qədər ki, Fransanın anti-Azərbaycan mövqeyi dəyişməyəcək, Azərbaycan da eyni şəkildə cavab verməyə davam edəcək. Fransa Azərbaycana qarşı qeyri-etik və obyektiv olmayan münasibətlərini davam etdirərsə, biz hətta Fransa məhsullarından imtina edə bilərik. Həmçinin, Fransanın Azərbaycan əleyhinə addımlarını sürətlə güclənən Türk Dövlətləri Təşkilatının gündəliyinə daşıya bilərik. Beləcə təşkilata üzv ölkələr də, Fransanın qərəzli mövqeytinə qarşı addımlar ata bilər”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki