Bu gün saat 17:00-da Füyuzat TV-nin yeni layihəsi olan “Kitabdan həyata” verilişi start götürəcək.
MİMTA yayımlarının rəhbəri Əsəd Aslanoğlunun təqdimatında tamaşaçıların ixtiyarına verilən verilişi hər həftənin şənbə günü, saat 17:00-da Füyuzat TV-nin YouTube kanalından izləyə biləcəksiniz.
Sözügedən layihə mütaliənin populyarlaşdırılmasına, tarixi irsimizin daha da dərindən öyrənilməsinə, milli kimliyimizin, mədəniyyətimizin, mənəvi dəyərlərimizin nəsildən-nəsilə çatdırılmasına həsr edilib.
Proqramda hər dəfə bir kitab, onun müəllifi və əsər haqqında məlumat veriləcək. Əsərin günümüz üçün ictimai əhəmiyyəti, insanların mənəvi dünyasına ötürdüyü mesajlar barəsində zəruri məsələlərə toxunulacaq.
Ətraflı hər həftənin şənbə günü, saat 17:00-da Füyuzat TV-də izləyə bilərsiniz.






