Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
Gündəm

Füzulidə polislə hərbçini vurub qaçanlar həbs edildi

Füzulidə polislə hərbçini vurub qaçanlar həbs edildi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Aprelin 9-da saat 18:00 radələrində Füzuli rayonu ərazisində polis əməkdaşı və onunla birlikdə xidmət aparan hərbi qulluqçuya qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Busaat.az xəbər verir ki, bu barədə Füzuli Rayon Prokurorluğu məlumat yayıb. Araşdırmalarla, 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nurəli oğlunun idarə etdiyi minik avtomobili ilə sərnişin, 1984-cü il təvəllüdlü Əhmədov Zamir Vaqif oğlu ilə birlikdə işğaldan azad edilmiş olunmuş ərazilərdən əlvan metal toplayıb geri qayıdarkən rayonun Yuxarı Seyidəhmədli kəndi ərazisində xidmət aparan Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı Elməddin Abbasova və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu Yusif Şərbətlinin avtomobili saxlaması barədə qanuni tələbinə məhəl qoymayaraq, məsuliyyətdən yayınmaq üçün avtomobili onların üzərinə sürüb, hər ikisinin ayaq nahiyəsindən vuraraq, hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərib, hadisə yerindən qaçmalarına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Zamiq Fərzəliyev və Zamir Əhmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq, onlara Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=18989