Gəncədə “patı” satan qohumlar tutuldu

image-genceqohumpatibackend

Gəncədə narkotik satan şəxslər saxlanılıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri Hamlet Əliyev və onun yaxın qohumu Zaman Fərəcov saxlanılıb.

Onların üzərlərinə baxış keçirilən zamanı heroin aşkar edilərək götürülüb.

H.Əliyevin yaşadığı fərdi yaşayış evindən xüsusi bükümlərdə olan külli miqdarda metamfetamin, heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Şəhər sakinləri Heydər Əhmədov və Ramil Babayevdən də heroin aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90