Gürcüstan prezidenti nümayişçilərə qarşı güc tətbiq etməməyə ÇAĞIRDI

image-1384233backend

Gürcüstan prezidenti Salome Zurabişvili ölkə hakimiyyətini “Xarici agentlər haqqında” qanun layihəsinin qəbuluna etiraz edən nümayişçilərə qarşı güc tətbiq etməkdən çəkinməyə çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti CNN-ə müsahibəsində deyib.

“Qoy hakimiyyət başa düşsün ki, onlarla getdikcə artan əhali arasında uçurumu daraltmaq üçün son şansları var. Özlərinin qeyri-rəsmi rusiyayönlü qüvvə olmadıqlarını nümayiş etdirmək üçün son şansları var. Qoy onlar hər hansı güc tətbiq etməkdən çəkinsinlər. Bu, mənim onlara buradan mesajımdır”, – Zurabişvili CNN telekanalında bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90