Gürcüstan-Rusiya sərhədinə gedən yol bağlandı

image-gurcuyolbackend

Gürcüstan-Rusiya sərhədi istiqamətində yol güclü qar yağması səbəbindən yük maşınları üçün bağlanıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.

Məlumatda qeyd olunur ki, əsas olaraq Mtsxeta-Stepantsminda-Lars mərkəzi magistral yolunun Gudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkətinə qadağa qoyulub. Bildirilir ki, digər nəqliyyat növləri üçün hərəkət sərbəstdir. Hazırda yolun qardan təmizlənməsi üçün işlər davam etdirilir.

Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu hazırda Gürcüstan və Ermənistanı Rusiya ilə bağlayan yeganə quru yoldur.

“Kazbeqi” – “Yuxarı Lars” isə Gürcüstan-Rusiya quru sərhədində işlək olan yeganə sərhəd-keçid məntəqəsidir.

Belə ki, Gürcüstanın quru sərhədləri 2020-ci ilin mart ayından bu yana koronavirus pandemiyası ilə əlaqədar olaraq əcnəbilər üçün bağlıdır. Sərhəd yalnızca yük daşımaları və ölkəyə qayıdan Gürcüstan vətəndaşları üçün açıqdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90