Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani Avropa inteqrasiyasının dayandırılmasını pisləyən Xarici İşlər Nazirliyi (XİN) əməkdaşlarının istefasını tələb edib.
Busaat.az xəbər verir ki, vitse-spiker bu barədə sosial şəbəkə hesabında yazıb.
“Xarici İşlər Nazirliyində çalışırsınızsa, sizin üçün əsas söz “xarici” olmamalıdır, öz sözünüz olmalıdır!”, – deyə N.Tsilosani bildirib.
Qeyd edək ki, Gürcüstan XİN-in 100 əməkdaşı hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarını qınayan bəyanatı imzalayıb.