Hacıqabulda yol qəzası oldu – 3 nəfər xəsarət aldı

image-fe2ce737-92b5-3ae6-8ac4-751b0d0d5e3c_850backend

Hacıqabulda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

Busaat.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Hacıqabul rayon sakinləri 1992-ci il təvəllüdlü Məmmədzadə Samir Məmmədhəsən oğlu, 1989-cu iltəvəllüdlü Zülfüqarov Sahil Gülqardaş oğlu və Salyan rayon sakini 1996-cı il təvəllüdlü Dadaşov Ağaqardaş Fərhad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki