Havanın çirklənməsi son 40 ildə 135 milyon insanın həyatına son qoyub

image-havabackend

Bu günə qədər aparılan ən əhatəli araşdırmalardan biri, havanın çirklənməsinin son 40 ildə dünyada təxminən 135 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olduğunu ortaya çıxarıb.

Həmin araşdırma bu problemin ciddiliyini və təcili həll edilməsinin vacibliyini vurğulayır. 1980-ci və 2020-ci illər arasındakı məlumatları araşdıran tədqiqatçılar, havanın çirklənməsinin qarşısı alına bilən və ya müalicə oluna bilən xəstəliklərə səbəb olaraq on milyonlarla insanın həyatını qısaltdığını bildiriblər.

Busaat.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, Sinqapurun Nanyang Texnologiya Universitetinin alimləri tərəfindən aparılan bu araşdırma ən böyük tədqiqatlardan biridir.

Tədqiqatçılar El Nino kimi hava hadisələrinin və okean temperaturunun dəyişməsinin havanın çirklənməsinin təsirini daha da pisləşdirdiyini aşkar ediblər. Bu hava hadisələri durğun hava şəraitinə gətirib çıxara bilər, nəticədə ağciyərlərə nüfuz edə və hətta qan dövranına daxil ola bilən, astma, infarkt və bronxit kimi xroniki xəstəliklərə səbəb olan “PM2.5” incə hissəciklərinin konsentrasiyasının artmasına səbəb ola bilər. Hava şəraitinin dəyişməsi vaxtından əvvəl ölümlərin sayını 14 faiz artırıb. Tədqiqata rəhbərlik edən Nanyang Asiya Ətraf Mühit Məktəbinin dosenti Stiv Yim bildirib ki, müəyyən iqlim hadisələri baş verdikdə, çirklənmə səviyyəsi yüksələ bilər, yəni daha çox insan PM 2.5 çirklənməsi səbəbindən vaxtından əvvəl ölə bilər.

“İncə hissəciklər 1980-ci ildən 2020-ci ilə qədər “qlobal miqyasda təxminən 135 milyon vaxtından əvvəl ölümlə əlaqəli idi”, – universitet “Environment International” akademik jurnalında dərc olunan araşdırma ilə bağlı açıqlamasında bildirib. Nanyangdakı tədqiqatçılar havadakı incə hissəciklərin səviyyəsini ölçmək üçün NASA-nın peyk məlumatlarından istifadə ediblər. Onlar Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun xəstəlik statistikasını və ABŞ Milli Okean və Atmosfer Administrasiyasının hava məlumatlarını təhlil ediblər. 40 ildən çox məlumatı təhlil edən araşdırma, havanın çirklənməsinin insan sağlamlığına təsiri və ümumi hava şəraiti ilə havanın keyfiyyəti arasındakı əlaqə haqqında daha geniş perspektiv təklif edir. Bununla belə, müəlliflər qeyd ediblər ki, iqlim böhranının təsirini anlamaq üçün daha çox araşdırmaya ehtiyac var. İqlim dəyişikliyinin və ətraf mühitin insan sağlamlığına təsiri genomik və həyat tərzi modellərinin təsirlərindən az deyil və son onilliklər ərzində artmaqdadır./Azərtac/

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki