HƏMAS-ın hücumu nəticəsində yaralanan israillilərin sayı 3297 nəfərə çatıb

image-israil-quvveleribackend

Fələstinli Həmas qruplaşmasının Qəzza zolağı ilə həmsərhəd İsrail icmalarına hücumu nəticəsində ən azı 3297 İsrail vətəndaşı yaralanıb.

Busaat.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinin Bakı vaxtı ilə səhər saat 10:00-a olan rəsmi xülasəsində indiyədək 3297 qurbanın xəstəxanalara çatdırıldığı bildirilib.

İctimai səhiyyə agentliyinin məlumatına görə, qurbanlardan 335 nəfəri ağır, 581 nəfər isə yalnız orta dərəcəli xəsarət alıb.

Çərşənbə günü İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi HƏMAS-ın hücumunda 3700 yaralı və 1300 nəfərin öldüyünü əsas gətirərək fərqli rəqəmlər açıqlayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə qəfil hücum etməsi Yaxın Şərqdə gərginlik yenidən alovlandı. HƏMAS bu əməliyyatını İsrail hakimiyyətinin Qüdsün Köhnə Şəhərində Məscidül-Əqsaya qarşı təcavüzkar hərəkətlərinə cavab kimi qiymətləndirib. İsrail müharibəyə hazır vəziyyət və Qəzza zolağının tam blokadaya alındığını elan edib. Yenidən başlayan zorakılıqlardan bəri təxminən 1200 fələstinli öldürülüb, 5900-ə yaxın fələstinli isə yaralanıb. İsraildə 1500-ə qədər insan həyatını itirib, 4000-ə yaxın insan isə yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki