Hindistan Pakistana preventiv zərbələr endirməyi planlaşdırır.
Busaat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu BƏƏ-yə səfəri zamanı Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi deyib.
Nazirin sözlərinə görə, bu barədə Pakistan kəşfiyyatının mənbələri bildirirlər.
Qureşi Hindistanla Pakistan arasında münasibətləri kifayət qədər həssas adlandırıb.
Nazir İslamabadda Yeni Dehlidəki sui-qəsdlər barədə məlumatlı olduqlarını da qeyd edib.
Pakistan diplomatiyasının rəhbəri bildirib ki, Pakistan Hindistanın hərbi əməliyyatlarına lazımı cavab verməyə hazırdır.
Qureşi, həmçinin qeyd edib ki, Hindistan tərəfdaş hesab etdiyi əsas beynəlxalq oyunçular tərəfindən hərəkətlərinin qeyd-şərtsiz qəbul edilməsinə nail olur.
Nazir bildirib ki, Yeni Dehlidə Hindistan ictimaiyyətinin diqqətini daxili problemlərdən yayındırmağa, gündəliyi dəyişdirməyə çalışırlar.