Hindistan qoşunları Kəşmirin rayonlarını atəşə tutdu – 1 ölü, 3 yaralıbackend

Kəşmirdəki təmas xəttindəki Hindistan qoşunlarının raket və minaatan atəşləri nəticəsində Pakistan tərəfdə bir mülki şəxs nəfər həlak olub, ikisi qadın olmaqla üç nəfər yaralanıb.

Busaat.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Pakistan Agentliklərarası İctimaiyyətlə Əlaqələr Xidməti (ISPR) Hindistan bölmələrinin Kəşmirdəki nəzarət xətti boyunca Pakistan tərəfində yerləşən Tari Band və Samahni kəndlərinə minaatan və raket zərbələri endirdiyini bildirib.

Məlumata görə, Pakistan ordusu hücuma dərhal reaksiya göstərib.

Pakistan Xarici İşlər Nazirliyi Hindistan səfirinə Kəşmirdəki nəzarət xəttindəki atəşkəsin pozulmasına görə etiraz notası göndərib.

Pakistan XİN bildirib ki, bu il Hindistan tərəfi atəşkəsi 2777 dəfə pozub. Nəticədə ümumilikdə 21 mülki şəxs həlak olub və daha 206 nəfər yaralanıb.