Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60%-i tamamlanıb

image-6ffrtgjpg-1734002142backend
image-ad_qayo_720x110px

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60 %-ni tamamlayıb.

Busaat.az “Report”a istinadla xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

“Yol üzərindəki tunellərin biri artıq tam hazırdır, ikinci tuneldə isə qazıntı işləri aparılıb. Yəni, Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir”, – o vurğulayıb.

Bundan başqa, sədrin sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin də inşası artıq tamamlanıb: “Hazırda Ağdam avtovağzalı və dəmir yolu vağzalı kompleksinin inşasının ikinci mərhələsi həyata keçirilir. Növbəti aylara qədər kompleksin tamamlanması gözlənilir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki