İcazəmin ləğv olunduğunu necə öyrənim?backend

Fəaliyyətinə icazə verilən qurumun əməkdaşları icazələrinin ləğv olunub-olunmamasını öyrənmək üçün my.gov.az portalına daxil olmaqla bunu dəqiqləşdirə bilərlər.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, “ASAN xidmət”in mətbuat katibi Elnur Niftəliyev bildirib. E.Niftəliyevin sözlərinə görə, həmçinin, vətəndaşlar bunu əməkdaşı olduqları şirkət və müəssiələrdən də öyrənə bilərlər.

Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

25 iyun 2020-ci il tarixində Dövlət Agentliyi tərəfindən daxil edilən icazələrin nəzərdə tutulan həddi aşdığı təqdirdə avtomatik olaraq ləğv ediləcəyi barədə xəbərdarlıq olunub. Artıq sistem vasitəsilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib.