İcra hakimiyyətləri ləğv olunur?-Açıqlama  

image-senedlesme34backend

Ötən il bir sıra neqativ hallardan sonra mətbuatda gündəmə gələn rayon icra hakimiyyətlərinin ləğvi məsələsi parlament də müzakirə edilib.

Milli Məclisdə “Dövlət qulluğu haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev icra hakimiyyətlərinin ləğv olunaraq onların səlahiyyətlərinin bələdiyyələrə verilməsini təklif edib:

“SSRİ zamanı yerli hakimiyyət xalq deputatları sovetləri idi. Onları xalq seçir və bu qurumda müəyyən icra orqanlarını formalaşdırırdı. Sözsüz ki, bu proses Kommunist Partiyasının nəzarəti altında baş verirdi. Amma əsasən yerli hakimiyyətləri xalq seçkiləri yolu ilə formalaşdırırdı.

Bizdə icra orqanlarının formalaşdırılmasında parlament iştirak etmir. Yalnız Baş nazirin seçilməsində iştirak edirik. 1999-cu ildə bələdiyyələr yarandı. Bu qurum yerli özünüidarəetmə forması kimi nəzərdə tutulurdu.

Prezident tərəfindən təyin edilən adamlar xalqa hesabat vermirlər, onlar Prezidentə hesabat verirlər.

Buna görə seçkili orqan olan bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Buna getməsək, ciddi inkişafa nail ola bilmərik. Dünya təcrübəsi var. O təcrübələr göstərir ki, yerli hakimiyyətləri xalq formalaşdırmalıdır. Gələcəkdə icra hakimiyyətləri ləğv olunmalıdır. Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir”.

Hazırda icra hakimiyyətlərinin ləğvinin nə cür həyata keçirilməsi müzakirə mövzusuna çevirilib.

Azərbaycan qanunvericiliyinə görə, idarəetmənin bu forması Prezidentinin sərəncamı ilə, yoxsa referendumla həyata keçirilməlidir?

Hüquqşünas Sahib Məmmədov bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin I hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər:

“Daha sonra göstərilir ki, icra hakimiyyətlərinin başçılarını Azərbaycan Pespublikasının Prezidenti vəzifəyə təyin edir və vəzifədən azad edir. Bu baxımdan da Prezident iqtisadi rayonlar üzrə icra orqanı yarada bilər, xüsusi nümayəndəlik təsis edə bilər. Amma icra hakimiyyətlərinin ləğv edilməsi üçün mütləq referendum keçirilməlidir. Yəni Prezident idarəetmə formasını, səlahiyyətini, ərazi üzrə əhatəsini dəyişə bilər, amma strukturun adının dəyişilməsi üçün referendum keçirilməlidir. Başqa variant yoxdur”.Cebhe.info

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki