Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
9°Bakı
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
Siyasət

İlham Əliyev Vyetnam Prezidentini təbrik edib

İlham Əliyev Vyetnam Prezidentini təbrik edib
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fuka məktub ünvanlayıb.  Busaat.az xəbər verir ki, məktubda deyilir: “Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ənənəvi Azərbaycan-Vyetnam dostluq əlaqələrinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr, iqtisadi və humanitar sahələrdə sıx təmaslar mövcuddur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərimiz həmçinin çoxtərəfli formatda səmərəli əməkdaşlığımızla müşayiət olunur. İnanıram ki, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi uğurla davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram”.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=25114