İran 13 Mossad əməkdaşının həbs edildiyini açıqladı

image-defaultbackend

İran hakimiyyəti 13 Mossad əməkdaşının həbs edildiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Mehr agentliyi İran Kəşfiyyat Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata göə, Tehran, İsfahan, Yəzd, Qərbi Azərbaycan və Gülüstanda 23 əməliyyat keçirilib və 13 nəfər həbs edilib. Saxlanılanlardan müxtəlif əməliyyat avadanlıqları götürülüb.

Son həbslərlə İranda son bir ayda tutulan Mossad qruplarının sayı 6-ya çatıb.

Son məlumatlara görə, Mossad İranda baş verən son iğtişaşlardan istifadə edərək, bir hərbi məmuru qətlə yetirmək və ölkənin iri şəhərlərində bir neçə təxribat əməliyyatı həyata keçirmək niyyətində olub. Mossad-ın, həmçinin, cənub dəniz sərhədlərindən ölkəyə böyük miqdarda partlayıcı keçirməyi planlaşdırdığı iddia edilib.

Qeyd edək ki, ötən il dekabrın 22-də İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb ki, kəşfiyyat orqanlarının səyləri sayəsində Mossad-a bağlı dörd əməliyyat qrupu müəyyən edilib və bütün üzvləri həbs edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90