İran bütün gücü ilə “Hizbullah”ı müdafiə edəcək

image-15backend

İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlasa, İran bütün gücü ilə “Hizbullah”ı müdafiə edəcək.

Busaat.az TASSa istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin müşaviri, beynəlxalq münasibətlər üzrə strateji şuranın başçısı Kamal Xərrazi “Finansial Times”ə müsahibəsində bildirib.

“Belə bir şəraitdə bizim “Hizbullah”ı bütün vasitələrlə dəstəkləməkdən başqa seçimiz qalmayacaq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bütün livan xalqı və ərəb dövlətləri Livanı dəstəkləyəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki