İrəvan tamamilə atəş altında qala bilər – “Ermənilərə dərk etməlidir ki…”

İrəvan tamamilə atəş altında qala bilər – “Ermənilərə dərk etməlidir ki…”backend

Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, bölgələrimizi raket atəşinə tutmağa davam edir. 

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib ki, bunların hamısı zəncirvari prosesin halqalarıdır:

“Onlar çalışırlar ki, Azərbaycanı qorxutsunlar və bizi atəşkəsə vadar etsinlər. Ancaq bu, alınan deyil. Azərbaycanın təbliğatı qarşısında da onlar tamamilə zəifləyiblər. Prezident İlham Əliyevin açıqlamaları, xarici KİV-lərə verdiyi müsahibələr bütövlükdə dünyanın böyük bir qismini əhatə edir. Verilən bütün mesajlar da ünvana çatır.

Onlar da anlayır ki, geriləməyə məhkumdurlar və əlacları sadəcə hədə-qorxu gəlməkdir. Bilirlər ki, Azərbaycanın dinc əhalisinə qarşı bu təxribatları davam etdirsələr, İrəvan atəş altında qalacaq. Çünki Naxçıvan güclü strateji mövqedədir və birbaşa ordan cavab veriləcək. Bizim müdafiə sistemlərimiz də tamdır, bunu Mingəçevirə raket atıldığı zaman dəqiq gördük. Atılan raketlərin 5-i bizim müdafiə sistemlərimiz tərəfindən zərərsizləşdirilmişdir. Odur ki, bu, sırf qorxan və geriləyən tərəfin davranışıdır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90