İrəvan və Tehran qardaşlaşacaq

image-iran-ermenistanbackend

Tehran meri Əlirza Zakaninin dəvəti ilə Yerevan meri Hraçya Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 17-19-da İranın paytaxtında rəsmi səfərdə olacaq.

Busaat.az xəbər verir ki, Yerevan meriyasının mətbuat xidmətindən Ermənistanın NEWS.am portalına verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti İrəvan və Tehranın qardaş şəhər elan edilməsi haqqında saziş imzalayacaq. Sarkisyan Tehranda həmkarı Əlirez Zakani və şəhər şurasının sədri Mustafa Çamrani ilə görüşlər keçirəcək.

İrəvan nümayəndə heyətinin üzvləri bir sıra şəhər idarəetmə strukturlarında da olacaqlar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90