Busaat.az xəbər verir ki, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinə hücum etməyə davam edir. Əsgərlər Erixadakı ”Akbat Cabr” qaçqın düşərgəsinə basqın edib.
Bu arada Masafer Yatta bölgəsində fələstinlilərə məxsus 5 ev və 40 nəfərin yaşadığı mağara dağıdılıb, su və elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Qeyd edәk ki, İsrail qüvvәlәrinin yanvarın 21-dən bəri bölgәyә tәşkil etdiyi hücumlar nәticәsindә 30-dan çox fələstinli hәyatını itirib.