İsrail qüvvələri TRT Xəbər komandasını hədəf aldı

image-383backend

İsrail qüvvələri TRT Xəbər komandasına hücum edib.

Busaat.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, TRT Xəbər qrupu işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsada cümə namazından əvvəl İsrail qüvvələrinin pozuntularını lentə alıb.

Belə ki, İsrail qüvvələri əvvəlcə Əqsa qapısında fələstinlilərə hücum edib. Daha sonra hücumu lentə alan TRT Xəbər komandasını hədəfə alıb.

Hücum zamanı kameraman Ömər Avvad yaralanıb.

Bildirilib ki, İsrail qüvvələri müdaxilə zamanı jurnalist olduqlarını bildirən TRT Xəbər müxbiri Mücahit Aydemirin telefonunu zorla ələ keçirib və telefondakı görüntüləri silib.

Daha sonra İsrail qüvvələri TRT News komandasını ərazidən uzaqlaşdırıb və yayıma icazə verməyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki