Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 543 $▼5.39%
  • Ethereum1 782 $▼7.57%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İsveçdə terror tərəfdarları yeni terror əleyhinə qanuna etiraz ediblər

image-thumbs_b_c_5f750c96f3ed7a4d52dbdac47e37cc29
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları iyunun 1-dən qüvvəyə minən yeni terror qanununa etiraz edərək, prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə şüarlar səsləndiriblər.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarlarının təxribatları davam edir.

Paytaxt Stokholmda küçələrə çıxan min nəfərə yaxın terror təşkilatı dəstəkçiləri İsveçdə iyunun 1-dən qüvvəyə minən yeni terror qanununa etiraz ediblər. Hökuməti istefaya çağıran terror tərəfdarları qanunun ləğvini tələb ediblər. Saatlarla davam edən təxribatda polisin müşayiəti ilə prezident Rəcəb Tayyib Ərdoğana qarşı şüarlar atan terror tərəfdarları əllərində “NATO-ya yox” yazılmış pankart və terror təşkilatına aid üzərində simvollar olan parçalar qaldırıblar. İsveç parlamenti önünə yürüş edən terror tərəfdarları prezident Ərdoğanın posterini yıxaraq onun üzərindən keçiblər.

İsveçdə PKK terror təşkilatı hesab edilsə də, terror tərəfdarlarının etiraz aksiyası keçirməsinə icazə verilir.

Yeni terror qanunu çərçivəsində terror təşkilatı fəaliyyətində iştirak edənlərə 4-8 il həbs cəzası verilə bilər. Bundan əlavə, terror təşkilatlarını maliyyələşdirən və ya dəstəkləyən şəxslərin tutulması və mühakimə olunması səlahiyyətləri də genişləndirilib. Qanuna görə, İsveçdə terror təşkilatı liderləri kimi tanınan şəxslər 20-25 il müddətinə azadlıqdan məhrum edilə bilər.

İsveç parlamentində mayın 3-də keçirilən səsvermədə qanun layihəsi 34 deputat əleyhinə 268 səslə qəbul edilib, 47 deputat səsvermədə iştirak etməyib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111772