İsveçrədə tarlada 3500 illik zinət əşyaları aşkar edildi

image-o_1582528backend

İsveçrədə yerkökü tarlasını metal detektoru ilə tədqiq edən xəzinə ovçusu Frans Zahn 3500 il əvvəl basdırılmış zinət əşyaları aşkarlayıb.

Busaat.az xəbər verir ki, Miami Herald məlumat yayıb.

Səlahiyyətlilərin fikrincə, Frans Zahn uzun illərdir ki, Güttingen yaxınlığında metal kəşfiyyatı ilə məşğul olub.

Avqust ayında Zahn metal detektorla təzə şumlanmış yerkökü tarlasında axtarış apararkən metal diskə rast gəlib və unun qeyri-adi tapıntı olduğunu dərhal anlayıb.

Arxeoloqlar tapıntının Orta Tunc dövrünə aid böyük zərgərlik dəstinin bir hissəsi olduğunu müəyyən ediblər.

Arxeoloqların bildirir ki, qazıntılar zamanı 14 boyunbağı, 11 kiçik tunc spiral, səkkiz daha böyük qızıl məftil spiral, iki üzük və 100-dən çox sancaq başı ölçülü kəhrəba muncuq aşkar edilib.

Pəri Əlizadə,
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki