Jalə Həsənli ermənilərə səsləndi: “Yarpaq dolmasıyam”, “Kababam” sizin üçün?” – FOTO

Jalə Həsənli ermənilərə səsləndi: “Yarpaq dolmasıyam”, “Kababam” sizin üçün?” – FOTObackend

Cəbhədə gedən şiddətli döyüşlərdəki ardıcıl uğursuzluqları səbəbindən ermənilər artıq qeyri-adekvat davranmağa başlayıblar.

BAKU.WS-in məlumatına görə, ermənilər 7 kəndin azad olunması ilə bağlı xəbəri göz yaşları içərisində ictimaiyyətə çatdıran aparıcı Jalə Həsənlini öz aparıcıları kimi təqdim ediblər.

Sözügedən məsələ ilə bağlı J.Həsənli açıqlama yayıb:

“Zarafatsız, mənə maraqlıdır, bunların qidasına nə qatırlar? Belə düşünmək üçün nə yeyib, nə içirlər? Bunun bir adı var: üzsüzlük. Mən “Sarı Gəlinəm”, “Balabanam”, “Yarpaq dolmasıyam”, “Kababam” sizin üçün? Onları özəlləşdirməyə çalışmağınız bəs deyil, indi də məni özəlləşdirirsiniz, ay yazıqlar? Heç nəyi olmayan bədbəxtlər, onun-bunun sərvətinə göz dikən işğalçılar…

Mənim damarlarımda Azərbaycan türkünün qanı axır. Bu qanı daşımaq, azərbaycanlı olmaq bir şərəfdir, erməni olmaqsa təhqirdir. Xahiş edirəm, məni təhqir etməyin”.

Qeyd edək ki, aparıcının həmin görüntüləri qısa zamanda Azərbaycan mətbuatında və Türkiyə mətbuatında yayılmışdı.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90