
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ
İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Busaat.az-a verilən xəbərə gör, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.





















