Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft93.07 $▲0.68%
  • WTI neft86.90 $▲0.30%
  • Avropa qazı (TTF)86.93 €▲2.32%
  • Təbii qaz (ABŞ)3.314 $▲0.70%
  • Qızıl4 060 $▲0.16%
  • Gümüş52.90 $▲0.71%
  • Pambıq82.59 ¢▲5.52%
  • Buğda600.00 ¢▲1.01%
  • Bitcoin73 972 $▲0.37%
  • Ethereum2 060 $▲0.48%
  • S&P 5007 521▼0.37%
12°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

“Kiyev hakimiyyəti okeanın o tayındakı sahiblərinə qulaq asmasın, qərar versin”

image-putin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukrayna buğdasının ixracına mane olması ilə bağlı iddiaları təkzib edib.

Busaat.az  NTV telekanalına istinadən xəbər verir ki, o bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxış edərkən danışıb.

“Rusiya Ukraynadan ərzaq tədarükünə mane olmur. Ukraynanın Qara dəniz limanlarını biz minalamamışıq axı. Ukrayna taxılının ixracının 5-6 variantı var. Qoy Kiyev hakimiyyəti okeanın o tayındakı sahiblərinə qulaq asmadan bunu necə etməyə qərar versin”, – deyə Putin bildirib.

Rusiya liderinin sözlərinə görə, Ukrayna öz limanlarını minalardan təmizləyə bilər. Putin, həmçinin Ukrayna buğdasını Belarusdan ixrac etməyi təklif edib.

Dövlət başçısı xəbərdarlıq edib ki, bu gün belə bir təhlükə də var ki, Ukrayna buğdasından əldə olunan gəlir silah alışına gedəcək: “Bu, çox kədərli olacaq”.

Qeyd edək ki, daha əvvəl Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik bildirmişdi ki, Ukrayna ərazisində 30 milyon tona yaxın taxıl saxlanılır və ixraca ehtiyac var.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79677