Korotçenkodan ŞOK: Rusiyanın hədəfindəki növbəti 3 ölkənin adını açıqladı

image-1433361backend

Rusiyalı ekspert, ehtiyatda olan hərbçi İqor Korotçenko Moskvanın planları ilə bağlı şok iddialar səsləndirib.

Busaat.az xəbər verir ki, o televiziyadakı şərhi zamanı Rusiyanın gələcək planları barədə fikirlər irəli sürüb. Ekspertin sözlərinə görə, Moskvanın gələcəkdəki hədəflərindən biri Litva, Latviya və Estoniyadır. Onun ehtimalına görə, Rusiya əvvəlcə hərbi sistemlərə “radio-elektron hücum” təşkil edərək, NATO radarlarını sıradan çıxaracaq. Ardınca isə həmlələr ediləcək. Rusiyanın düşməni necə məğlub edəcəyinin yollarından danışan ekspert deyib ki, İsveçin Qotland adasına Rusiyanın hərbi təyyarələri enəcək.

“Bölgəyə S-400 sistemləri və hücum silahları yerləşdiriləcək. Baltik dənizi tamamilə Rusiyanın hədəfində olacaq” – Korotçenki deyib.Metbuat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki