Kosovoda DAŞQIN: Küçələr su altında qaldı

image-63ca8f60d265a20decf7f2f9-1backend

Kosovoda 3 gündür davam edən leysan yağışları səbəbindən bəzi bölgələrdə küçə və prospektləri su basıb, ən azı 100 nəfər təhlükəsiz bölgələrə təxliyə edilib.

Busaat.az xəbər verir ki, leysan yağışları səbəbindən ölkənin mərkəzi küçələri, xüsusilə İpək, Skenderay, Mitrovitsa və Poduyeva bölgələri su altında qalıb.

Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK) qayıqları və hərbi maşınları ilə insanlar xilas edilib.

Gecə saatlarında xilasetmə işləri davam edərkən vətəndaşlar təhlükəsiz ərazilərə yerləşdirilib. Səlahiyyətlilər ən azı 100 nəfərin təxliyə edildiyini bildirib.

Bundan əlavə, Kosovo Meteorologiya İdarəsi tərəfindən edilən yazılı açıqlamada yağışların bir neçə gün daha təsirli olacağı xəbərdarlığı edilib.

Kosovo müdafiə naziri Armend Mehaj davam edən leysan yağışları səbəbilə hökumət olaraq hər cür tədbir gördüklərini və hadisəyə dərhal reaksiya verdiklərini bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90