Larri Kinq dünyasını dəyişdi

Larri Kinq dünyasını dəyişdibackend

Dünya şöhrətli amerikalı jurnalist Larri Kinq 87 yaşında koronavirusdan dünyasını dəyişib.

Busaat.az  xəbər verir ki, bu barədə jurnalistin rəsmi Tvitter səhifəsində məlumat verilib. Kinq Los-Ancelesdə xəstəxanaların birində vəfat edib.

Qeyd edək ki, teleaparıcı “Larry King Live” şousu ilə məşhurdur. O, 50 mindən çox müsahibə aparıb.

Kinq, 2017-ci ildə xərçəng xəstəliyinə tutulub, ötən il isə insult keçirib. Teleaparıcıya COVİD-19 diaqnozu yanvarın əvvəlindən qoyulmuşdu.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90