Lavrov sərhəddəki vəziyyətin nizamlanması üçün şərti açıqladı

image-lavrovbackend

Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqları zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.

Busaat.az  Rusiya mediasına istinadən xəbər verir ki, Lavrov bütün məsələlərin istisnasız olaraq siyasi və diplomatik metodlarla həll edilməli olduğunu bildirib:

“Uzunmüddətli nizamlama isə yalnız sərhədlərin delimitasiyası və demarkasiyası yolu ilə mümkündür. Rusiya Prezidentinin bununla bağlı təşəbbüsü hamıya yaxşı məlumdur. Biz bu gün bu təşəbbüsün necə tez yerinə yetirilməsinin mümkünlüyü ilə bağlı danışdıq”.

Lavrovun sözlərinə görə, Rusiya kommunikasiyanın blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətindən razıdır. Moskva ümid edir ki, bu mexanizm regionun iqtisadi bərpasına kömək edəcək və uzunmüddətli rifah üçün möhkəm zəmin yaradacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90