Le Pen Makronu hədəf aldı: “Dar düşüncəli və axmaq siyasət… “

image-kapak_145925backend

Fransanın ifrat sağçı siyasətçisi Marine Le Pen Rusiya ilə enerji müharibəsi aparmağın “axmaqlıq” olduğunu deyib.

Busaat.az xəbər verir ki, Fransada ifrat sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen bu barədə RTL radiosuna gündəmlə bağlı qiymətləndirmələr edib.

Marin Le Pen Avropadakı enerji qıtlığına diqqət çəkərək, Rusiyaya qarşı enerji müharibəsi aparmağın “xırda düşüncəli və axmaq” siyasət olduğunu bildirib.

Enerjinin “ilk ehtiyac” olduğunu və Rusiyaya qarşı sanksiyaların enerji sektoruna təsir etməməsi lazım olduğunu bildirən Le Pen deyib: “Bizim enerjimiz olmadığı halda Rusiyaya qarşı enerji müharibəsi apara bilməzsiniz. Bu çox axmaqlıqdır. Sanksiyaların öz xalqımız üçün daha pis nəticələri var”.

Fransada qışda planlaşdırılan elektrik kəsintilərinin hakimiyyətin “kor” siyasətinin nəticəsi olduğunu qeyd edən Le Pen, “21-ci əsrdə yaşayırıq, biz dünyanın altıncı iqtisadiyyatıyıq və səlahiyyətlilər bizə deyir ki, biz Daş dövrünə qayıdacaq, çünki elektrik enerjimiz olmayacaq, çünki biz əhəmiyyətli dərəcədə azaldılmış istiliklə yaşamalıyıq” – deyə, ifrat sağçı diplomat əlavə edib.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki