Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 720 $▼2.20%
  • Ethereum1 892 $▼1.86%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Leyla Abdullayevadan Ermənistan XİN-ə cavab

image-1625759891_1625753124_trend_leyla_abdullayeva_brifing_130520_4
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ermənistan XİN-in 30 iyul 2021-ci il tarixli açıqlaması Azərbaycana qarşı növbəti cəfəng və yalan ittihamları əks etdirir”. 

Busaat.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in 30 iyul tarixli açıqlamasına dair şərhində deyib. Onun sözlərinə görə, 30 ilə yaxın Azərbaycana qarşı təcavüzkar siyasəti həyata keçirən Ermənistan bu gün də beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, iki dövlətin sərhədinin delimitasiyası prosesinə yox deyir, üçtərəfli bəyanatların icrasına maneə törədir:

“Deeskalasiya istəyən ölkə nədən sərhəd boyu Azərbaycan mövqelərini davamlı atəşə tutur? Niyə sərhəd məsələsinin dialoq yolu ilə həlli çağırışlarına qarşılıq vermir?!

Cavabı bizə bəllidir, çünki Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddiaları ilə çıxış edir, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir. Ermənistan tərəfinin diqqətinə çatdırırıq ki, bölgədə sülhün təmin olunması ölkələrin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət olunması əsasında həyata keçirilə bilər. Dayanıqlı sülh yalnız beynəlxalq hüquqa hörmət əsasında təmin oluna bilər. Azərbaycan artıq 30 ildir ki, bu mövqeyi bəyan edir və onu rəhbər tutur”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=53766